İngiltərə ilə oyununun başlama saatı dəyişdirilib

  • Dünən, 15:48

Azərbaycanın çimərlik futbolu millisinin dünya çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun başlama saatı dəyişdirilib.

Sportlife.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, A qrupunun I turu çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 14:45-də start götürməsi nəzərdə tutulan görüş həmin gün, saat 16:00-da başlayacaq.

Qeyd edək ki, İspaniyanın Kadis şəhərində təşkil olunacaq seçmə mərhələnin digər oyunlarında millimiz oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə qarşılaşacaq.


Paylaş: