İngiltərə klubunda yeni baş məşqçi

  • Dünən, 20:27

İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Rob Edvards çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uelsli mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Qurdlar" 42 yaşlı məşqçi üçün onun son klubu "Midlsbro"ya 3 milyon funt-sterlinq təzminat ödəyib.

"Vulverhempton" bir neçə gün əvvəl Vitor Pereyra ilə yollaarını ayırmışdı.


Paylaş: