Keyn "Barselona"nın radarında
Hücumçu Robert Levandovski gələn yay İspaniyanın "Barselona" klubundan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu "Bayern"in forvardı Harri Keyni polşalı futbolçunun yerinə prioritet namizəd kimi müəyyən edib.
Kataloniya klubu ingilis futbolçunu hücum xəttini gücləndirmək üçün ideal seçim hesab edir. "Barselona" potensial olaraq bu yay Keynin 65 milyon avroluq transfer bəndini aktivləşdirməyə hazırdır.
32 yaşlı Keyn 2025/2026 mövsümündə 17 matçda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Bayern" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.