Keyn klubunu dəyişə bilər
"Bayern”in hücumçusu Harri Keyn İspaniya klubuna keçə bilər.
Sportlife.az xəbər verir ki, ingilis futbolçu “Barselona”nın transfer siyahısındadır. Forvard 65 milyon avroya, gələn yay “Bayern”dən Kataloniya klubuna transfer oluna bilər. Klub onu polşalı hücumçu Robert Levandovskinin əvəzedicisi kimi nəzərdən keçirir.
Keynin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. 32 yaşlı hücumçu bu mövsüm Bundesliqada 9 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.