
Konfrans Liqası: “Zirə” və “Sabah” cavab oyununa çıxır
“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya “DAK 1904″ü ilə səfərdə qarşılaşacaq. “MOL Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Oyun Şimali Makedoniyadan olan referi Covan Kaçevskiyə tapşırılıb.
“Zirə” Slovakiya klubunu keçərsə, 3-cü mərhələdə “Osiyek” (Xorvatiya) – “Levadia” (Estoniya) cütünün qalibi üz-üzə gələcək. Bu halda “Zirə”nin ilk oyunu səfərdə olacaq.
Turnirdəki digər təmsilçimiz “Sabah” isə “Bank Respublika Arena”da “Makkabi”ni qəbul edəcək. Saat 20:00-da başlayacaq. Oyunu slovakiyalı referi Peter Kraloviç idarə edəcək.
“Sabah” “Makkabi”ni keçsə, 3-cü mərhələdə “Sent-Patriks Atletik” (İrlandiya) – “Vadus” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail)
Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)
“Bank Respublika Arena”.
İlk oyun – 3:0.
22:30. “DAK 1904” (Slovakiya) – “Zirə” (Azərbaycan)
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
“MOL Arena”
İlk oyun – 0:4.