Kyeza yenidən İtaliyaya qayıda bilər

  • Bu gün, 18:11

"Napoli" “Liverpul”un yarımmüdafiəçisini icarəyə götürməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, Neapol təmsilçisi hazırda "Liverpul"da çıxış edən Federiko Kyezanı icarə əsasında transfer etməyi hədəfləyir. Maraqlı məqam odur ki, 28 yaşlı Kyeza hazırda "Liverpul"un heyətində yetərli oyun təcrübəsi əldə edə bilmir. Həm İngiltərə Premyer Liqasında, həm də Çempionlar Liqasında futbolçu əsas heyətdə bir dəfə də olsun meydana çıxmayıb. O, yalnız İngiltərə Liqa Kubokunun oyunlarında start heyətdə yer alıb.

"Napoli" hazırda A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və mövqeyini yaxşılaşdırmağa çalışır.


Paylaş: