Laporta: "Fliklə anlaşacağamıza əminəm"

  • Dünən, 18:01

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Hans-Dieter Flikin klubla müqaviləsini uzadacağına əmindir.

Sportlife.az xəbər verir ki, Laporta alman mütəxəssisin fəaliyyətindən çox razıdır:

"Laportadan razıyıq. O, komandaya çox yaxşı uyğunlaşıb. Bizim müqaviləmiz var və əminəm ki, razılığa gələcəyik. Flik "Barselona" ilə yaşayır və nəfəs alır. Biz ondan çox məmnunuq. Onun xarakteri və disiplini var".

Flik 2024-cü ilin yayından "Barselona"nı idarə etməyə başlayıb. O, klubla İspaniya liqasını, kubokunu və Superkubokunu qazanıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.


Paylaş: