Mbappe Pelenin rekordunu təkrarladı

  • Bu gün, 14:59

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirilən oyun Fransa millisinin kapitanı Kilian Mbappe üçün əlamətdar olub.

Sportlife.az xəbər verir ki, "Real"ın hücumçusu 4:0 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib.

Mbappe bununla da rəsmi oyunlarda vurduğu qol sayını 400-ə çatdırıb.  O, bu qolların 55-ni yığmada, qalanını oynadığı klublarda vurub. Mbappenin klub səviyyəsində "Monako"da 27, "Real"da 62 və PSJ-də 256 qolu var.

Həmçinin, 26 yaşlı hücumçu əfsanəvi Peledən sonra futbol tarixində bu qol sayına çatan ikinci ən gənc oyunçu olub


Paylaş: