“Milan” 18 yaşlı hücumçunu “qaralayıb”

  • Bu gün, 18:32

"Milan"ın qış transfer pəncərəsi üçün hədəflərindən biri müəyyənləşib.

Sportlife.az xəbər verir ki, A seriyası təmsilçisi "Renn"in gənc hücumçusu Mohamed Kader Meyteni izləyir. "Milan" hətta 18 yaşlı futbolçu üçün Fransaya skautlar da göndərib. 

Mohamed Kader Meyte "Renn"in əsas komandası ilə 24 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə verib. O, cari mösümdə 11 oyunda 2 dəfə fərqlənib.


Paylaş: