"Milan"ın qapıçısı uğrunda mübarizə
"Çelsi" və "Bayern" klubları "Milan"ın qapıçısı Mayk Menyanı transfer etmək istəyirlər.
Sportlife.az xəbər verir ki, komandalar İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatan qapıçı ilə danışıqlara başlamaq üçün yanvar ayına qədər gözləyəcəklər. "Milan" Menyanın komandada qalıb-qalmayacağından əmin deyil. Klubun idman direktoru İqli Tare artıq onun yerinə başqa oyunçu axtarmağa başlayıb.
Menyan bu mövsüm "Milan"da bütün turnirlərdə 12 oyun keçirib.