"Real"la heç-heçə təhlükənin başlanğıcıdır - Ançelotti
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Real"ın son matçlardakı nəticələri və onun yerinə təyin olunmuş Xabi Alonso haqqında fikirlərini bildirib.
Sportlife.az xəbər verir ki, italyan mütəxəssis bunları deyib:
"Real"la heç-heçə təhlükənin başlanğıcıdır. Madrid klubunun indiyə qədərki nəticələri xeyli yaxşı olub. Onlardan daha nə istəyə bilərsiniz?".
Alonsonun rəhbərliyi altında "kral klubu" ilk dəfə ardıcıl iki oyunda qələbə qazana bilməyib, Çempionlar Liqasında "Liverpul"a 1:0 hesabı ilə məğlub olub və La Liqada "Rayo Valyekano" ilə 0:0 hesabı ilə heç-heçə edib. Alonso həm bu oyunlardan, həm də derbidə "Atletiko"ya 5:2 hesabı ilə məğlub olduqdan sonra tənqid olunub.
"Real" 31 xalla La Liqada turnir cədvəlinə liderlik edir.