Vinisius: “O, hər kəsi rahat hiss etdirir”
"Real”ın hücumçusu Vinisius Junior Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin işini yüksək qiymətləndirib.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Ançelottinin millidə inam yaratdığını deyib:
“Ançelotti klublarda etdiyi işi burada da edir. O, inam yaradır, hər kəsi rahat hiss etdirir, oyunçulardan mövqelərində ən yaxşı keyfiyyətlərini istifadə edir. Ançelotti hər bir braziliyalının xoşbəxt olmasını görmək istəyir”.
Ançelotti bu ilin mayından Braziliya millisini çalışdırmağa başlayıb. Komanda onun rəhbərliyi altında 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqəni rəsmiləşdirib.