
Hemiltondan etiraf: "Çətinlik çəkirəm"
"Ferrari" komandasının pilotu Lüis Hemilton SF-25 bolidini necə idarə etməyi tapdığını bildirib.
Sportlife.az xəbər verir ki, yeddiqat dünya çempionu hələ də bolidi sürməkdə çətinlik çəkdiyini söyləyib:
"Mən, sadəcə olaraq, işlərimi asanlaşdırmalıyam. Hazırda bunu çox çətinliklə edirəm. Gələn həftə yaxşı bir sıralama keçməyə, daha yüksəkl pillədə yer almağa və plana sadiq qalmağa çalışacağam.
Düşünürəm ki, "Ferrari"ni necə idarə edəcəyimi hiss edirəm. Ümid edirəm ki, gələn həftə yaxşı yarış keçirəcəm".