
"Barselona"dan 5 illik təklif
"Barselona" "Espanyol"un qapıçısı Joan Qarsiyanın transferi ilə bağlı danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçuya 5 illik müqavilə və “Espanyol”da aldığı maaşdan daha yüksək məvacib təklif etməyə hazırdır.
Bu arada Qarsiyanın özü də sərfəli təklif alacağı halda komandanı tərk edə biləcəyini açıqlayıb. Qapıçı ilə "Mançester Siti" və "Nyukasl" da maraqlanır.
La Liqada 2024/25 mövsümündə Qarsiya 38 matçda 51 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb.