
Premyer Liqanın ən yaxşı qolu
İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün ən yaxşı qolu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, mükafatı “Mançester Siti”nin hücumçusu Omar Marmuş qazanıb.
Misirli forvardın İngiltərə çempionatının 37-ci turunda "Bornmut"un qapısına vurduğu qol ən yaxşı seçilib.
Qeyd edək ki, Marmuş Premyer Liqada 16 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.