
Qarnaçonun müştəriləri artır
"Aston Villa" "Mançester Yunayted"in yarımmüdafiəçisi Alexandro Qarnaço ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, futbolçunu "Napoli" və "Bayer" də transfer etmək istəyir.
Argentinalı vinger isə A Seriyasına getməkdənsə, Premyer Liqada qalmağa üstünlük verdiyini və "Çelsi"də oynamaq arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Qarnaçonun klubla 2028-ci ilədək müqaviləsi var.