
Azərbaycan karateçisi dünya çempionu oldu
Macarıstanda karate üzrə Dünya Çempionatı başa çatdı.
Sportlife.az xəbər verir ki, paytaxt Budapeştdə reallaşan yarışın son günündə mükafatlar uğrunda görüşlər keçirildi.
Parakarateçimiz Emiliya Mitlinova final qarşılaşmasında çexiyalı həmkarı ilə üz-üzə gəldi. Fəndləri daha dəqiq yerinə yetirən millimizin üzvü fəxri kürsünün zirvəsinə qalxdı.