9 Dekabr 2023, 11:22

Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Sportlife.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və digər federasiyaların rəsmiləri izləyiblər.

Görüşlərdən öncə bədii və rəsmi hissə keçirilib. Dövlət Himni səsləndikdən sonra finalçıların paradı olub.

Ardınca çıxış edən Sahil Babayev bildirib ki, bu gün Azərbaycan boksçuları üçün əlamətdar gündür. O, regionların ölkə çempionatına çox aktiv qoşulduğunu, 41 komandadan 14-nün bölgələri təmsil etdiyini deyib.

Federasiya prezidenti boksun ölkənin hər yerində, xüsusilə regionlarda yayılmasını ana hədəf kimi dəyərləndirib: “Bu il boksçularımız üçün yaddaqalan olub. 22 yaşadək boksçularımız və məktəblilərimiz Avropa çempionatlarında medal sayında rekord qırıblar. Aynur Rzayeva dünya çempionatında medal qazanan ilk qadın boksçu kimi tarixə düşüb. Ümumilikdə beynəlxalq yarışlardan 150-dən çox medal qazanılıb. Onun 14-ü dünya və Avropa çempionatlarında əldə edilib”.

Maddi-texniki bazanın gücləndirildiyini deyən Sahil Babayev Sumqayıtda Boks Mərkəzinin istifadəyə verildiyini xatırladıb və tezliklə Lənkəranda Regionlar Boks Mərkəzində təmir işlərinin yekunlaşacağı söyləyib. O, il ərzində məşqçilər üçün seminarlar təşkil edildiyini və hakimlərin beynəlxalq ulduzlarını artırdıqlarını bildirib. Babayev əsas hədəfin isə Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayıb: “İlk yarışda 2 lisenziya əldə etmişik. Daha 2 təsnifat turnirində vəsiqələrin sayının artacağına inanırıq”.

Fərid Qayıbov da boksda kifayət qədər uğurların olduğunu deyib. O, Azərbaycan çempionatında iştirakçı sayında rekordun qeydə alınmasını nailiyyət adlandırıb: “Ən böyük uğurumuz Yay Olimpiya Oyunlarına qazandığımız lisenziyalardır. İnanıram ki, bu say artacaq və növbəti ildə boksçularımızın uğurlarını izləyəcəyik. Bunun üçün dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyi var”.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. 13 çəki dərəcəsi üzrə həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı
Finallar

48 kq: Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3

51 kq: Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

54 kq: Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

57 kq: Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2

60 kq: Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0

63,5 kq: Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5

67 kq: Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2

71 kq: Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kq: Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

80 kq: Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

86 kq: Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1

+92 kq: Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib.

Bütün mükafatçılar

48 kq: 1. Həsən Məlikov (“Neftçi” İK), 2. Tural Sarıyev (“Neftçi” İK), 3. Yusif Soltanov (“Qara papaq” İK), 3. Qardaşxan Həsənov (Ağcabədi)

51 kq: 1. Məsud Yusifzadə (BFL), 2. Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK), 3. Yadigar Əliyev (“Səbail” İK), 3. Əli Fətullayev (Şamaxı-Uğur K)

54 kq: 1. Amin Məmmədzadə (“Qızıl əlcək” İK), 2. Ruslan Qədirov (MİK), 3. Mirzağa Hüseynli (“Cənub” İK), 3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)

57 kq: 1. Şamil Əsgərov (“Neftçi” İK), 2. Ümid Rüstəmov (DİN İC), 3. Kamil Babayev (METE), 3. Emil Quliyev (UGM-13)

60 kq: 1. Maqsud Xasmetov (“Neftçi” İK), 2. Elbrus Adıgözəlov (“Qəbələ” İK), 3. Aslan Quliyev (Z-1 İK), 3. Fərid Sadıqov (“Neftçi” İK)

63,5 kq: 1. Tayfur Əliyev (MİK), 2. Malik Həsənov (“Neftçi” İK), 3. Heybətulla Hacıəliyev (BFL), 3. Ruslan Rüstəmov (BFL)

67 kq: 1. Nəbi İsgəndərov (“Neftçi” İK), 2. Cavid Çələbiyev (“Qızıl əlcək” İK), 3. İlqar Salahov (Qəbələ), 3. Pərviz Quliyev (Ağcabədi)

71 kq: 1. Sərxan Əliyev (MİK), 2. Mirşərif Kazımzadə (“Neftçi” İK), 3. Elnur Abdullazadə (“Neftçi” İK), 3. Nicat Məmmədov (“Qızıl əlcək” İK)

75 kq: 1. Kamran Şahsuvarlı (“Qəbələ” İK), 2. Rasim Çobanlı (MİK), 3. Elnur Süleymanov (“Neftçi” İK), 3. Novruzəli Quliyev (MİK)

80 kq: 1. Fəqan Məmmədov (AzTU), 2. Sərxan Budaqov (“Qızıl əlcək” İK), 3. Devid Oloboye (Naxçıvan MR), 3. Cabbar İsmayılov (Sumqayıt)

86 kq: 1. Seyid Seyidov (“Qızıl əlcək” İK), 2. Eldar Quliyev (“Neftçi” İK), 3. Vətən Hüseynli (DİN İC), 3. Tural Useynov (“Neftçi” İK)

92 kq: 1. Rauf Rəhimov (“Neftçi” İK), 2. Tural Həsənov (“Qızıl əlcək” İK), 3. Rüfət Nəbiyev (DİN İC), 3. Mirxəyal Məmmədov (Gəncə)

+92 kq: 1. Yohanes Nuriyev (MİK), 2. Pərviz Rəsulov (“Zərbə” BK), 3. İsmayıl Yaqubov (“Səbail” İK), 3. İsa Sulxayev (Zaqatala)