NBA klubunda zədə: 1 həftə oyuna çıxmayacaq - VİDEO
"Boston"un hücumçusu Kristaps Porzinqis sağ alt əzələsində gərginliyə görə ən azı bir həftə meydana çıxa bilməyəcək.
Sportlife.az xəbər verir ki, basketbolçu birinci dövrədə "Mayami" ilə keçirilən seriyanın dördüncü matçında (102:88) zədələnib.
“Seltiks”in baş məşqçisi Co Mazulla beşinci oyun ərəfəsində müxbir Bobbi Menninqə müsahibəsində latviyalı basketbolçunun gələn həftə yenidən müayinə olunacağını bildirib.
28 yaşlı Porzinqis "Mayami" ilə seriyanın 5-ci oyununu buraxıb (118:84).