
Millimiz Bursada toplanışa başladı
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışına başlayıb.
Bu barədə Sportlife.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma hazırlıq prosesində yerli "Tofaş" klubu (U-16) ilə yoxlama oyununda üz-üzə gəlib.
Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44:71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi mayın 29-da başa çatacaq.