
Qədirovun ilk addımı – düz yolda əyri izlər
"Kəpəz"də yenə eyni tamaşanı izləyirik. Səhnə dəyişib, aktyorlar dəyişib, ssenari eynidir. Əvvəlcə “biz davam edəcəyik” deyilir, sonra yalan olduğu üzə çıxır.
12 gün əvvəl “Azər Bağırovla davam etmək niyyətindəyik” deyən klubun yeni sədri Namiq Qədirovun fikri nə olduki, bu günlərdə dəyişdi? Bəlkə başqa, bilmədiyimiz səbəblər var?
Bu, ilk hal deyil. Tərlan Əhmədovla yaşanan epizodun eynisidir. Onda da İlqar Nadiri “mütləq davam edəcəyik” deyərək yalan danışmışdı. İndi də eyni yanaşma, eyni yalançı ümid.
Gəncə futbolunda idarəetmə dəyişsə də, düşüncə dəyişmir. Eyni ssenarilər, eyni zehniyyət...
“Kəpəz” azarkeşləri isə hər dəfə ümidlə başlayır, xəyal qırıqlığı ilə bitirir.
Namiq Qədirov ilk addımını əyri atdı. Əyri addımlarla düz yol getmək mümkün deyil, Qədirov bəy...
Mirələm HƏSƏNLİ