2023-cü ilin ən yaxşı qapıçı namizədləri açıqlandı

2023-cü ilin ən yaxşı qapıçı namizədləri açıqlandı

  • 14 Sentyabr 2023, 18:10

FİFA-ya görə 2023-cü ilin ən yaxşı qapıçısı adına layiq namizədlərin siyahısı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, ilin ən güclü qapıçıları bunlardır: Yasin Bounu ("Əl-Nasr"), Tibo Kurtua ("Real"), Mark-Andre ter Ştegen ("Barselona"), Ederson Moraes ("Mançester Siti"), Andre Onana ("Mançester Yunayted"). 

Ən yaxşı qapıçını müəyyən etmək üçün 2022-ci il dekabrın 19-dan 2023-cü il avqustun 20-dək olan müddət nəzərə alınıb.

Xatırladaq ki, bundan əvvəlki mükafatı “Aston Villa”nın argentinalı qapıçısı Emiliano Martines alıb. Maraqlıdır ki, son dörd ilin qalibləri 2023-cü il üçün namizədlər siyahısına daxil edilməyib. Bunlar müvafiq olaraq Eduard Mendi, Manuel Noyer və Alisson Bekkerdir.


Paylaş: