"Napoli"də Nunyes səsləri

  • Dünən, 11:55

"Napoli" "Liverpul"un hücumçusu Darvin Nunyesi heyətinə qatmaq istəyir.

Sportlife.az xəbər verir ki, bu keçidin baş tutmasında ən böyük əngəl transfer məbləği ola bilər.

Qeyd edək ki," Liverpul" Nunyesi "Benfika"dan 85 milyon avroya alıb və uruqvaylı üçün ən azı 70 milyon avro tələb edəcəyi gözlənilir. 

Bu keçid baş tutmasa, "Napoli" Lorenzo Luka ("Udineze") və ya Rasmus Höylundun ("Mançester Yunayted") transferlərinə yönələcək.


Paylaş: