
"Sevilya"da yeni baş məşqçi
Matias Almeyda "Sevilya"ya rəhbərlik etməyə razılaşıb.
Sportlife.az xəbər verir ki, 51 yaşlı argentinalı klubla 3 illik müqavilə imzalayacaq. O, bu vəzifədə Xoakin Kaparrosu əvəzləyəcək.
Əndəluslular ötən mövsüm 41 xal toplayaraq La Liqada 17-ci yeri tutublar.
Almeyda 2022-ci ildən 2025-ci ilə kimi AEK-i çalışdırıb.