Millini çalışdırmağa daha bir namizəd

  • Dünən, 13:11

Luçano Spalettinin İtaliya millisinin baş məşqçisi postundan istefa verməsi və Klaudio Ranyerinin vakant vəzifəni tutmaqdan imtina etməsindən sonra yerli federasiya axtarışlarını gücləndirib.

Sportlife.az xəbər verir ki, namizədlərdən biri də A Seriyasındakı işi ilə azarkeşlərə yaxşı tanış olan Rafael Benitesdir.

İddiaya görə, ispaniyalı mütəxəssis şərtlərlə tanış olduqdan sonra yığmanın sükanı arxasına keçmək üçün danışıqlara açıq olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Roberto Mançini, Fabio Kannavaro və Cennaro Qattuzonun adı yığma ilə birgə hallanırdı.


Paylaş: