
Almeyda üçün daha bir müştəri
“Piza”nın baş məşqçi postuna namizədlər arasında argentinalı məşqçi Matias Almeyda da var.
Sportlife.az xəbər verir ki, danışıqlar müsbət yekunlaşsa, komandanı A Seriyasına yüksəldən Filippo İnzaqini məhz o əvəzləyəcək.
Qeyd edək ki, mütəxəssis əvvəllər Yunanıstan AEK-nə rəhbərlik edib. Onunla "Sevilya"da yaxından maraqlanır.