
"Liverpul"dan "Ayaks"a
“Ayaks” “Liverpul”un üçüncü qapıçısı Vitezslav Yaroşu icarəyə götürməyə hazırlaşır.
Sportlife.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinə yaxın jurnalist Tim van Döyen sosial şəbəkədə bildirib.
“Yaroşun “Ayaks”a gəlişi zaman məsələsidir”, – o yazıb. İnsayderin sözlərinə görə, razılaşma sonrakı satınalma imkanını ehtiva etməyəcək.
Xatırladaq ki, daha əvvəl Çexiyanın “Infotbal” nəşri Yaroşun müqaviləsinin müddətini uzadaraq Avropanın top-5 liqalarından birinə icarəyə yollanacağını bildirmişdi