
Yığmamız üçün formal oyun
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında çıxışını başa vurur.
Sportlife.az xəbər verir ki, bu gün Xorvatiyanın Zadar şəhərində komandamız turnirdə son oyununa çıxacaq.
Rəqib Rumıniya yığması olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Daha əvvəl xorvatlara uduzan (1:3) Faiq Qarayevin yetirmələri 5 oyundan sonra Avropa Qızıl Liqasında sonuncu pillədə qərarlaşıblar.