
İran millisinin üzvü həlak oldu
Padel-tennis üzrə İran millisinin üzvü Parsa Mansur İsrailin İrana hücumu nəticəsində dünyasını dəyişib.
Sportlife.az IRNA agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 13-də idmançı məşqdən qayıdarkən baş verib.
İran Tennis Federasiyası yığma üzvünün ölümü ilə əlaqədar başsağlığı verib.