
"Nyukasl" yeni qapıçısını tapdı
"Nyukasl" qapıçı Aaron Ramsdeylin transferi üçün "Sauthempton"la anlaşıb.
Sportlife.az xəbər verir ki, klublar 27 yaşlı ingilis qapıçının icarəyə götürülməsi barədə razılıq əldə edib.
"Sauthempton" futbolçunun tibbi müayinədən keçməsinə və transfer danışıqlarına icazə verib.
Ötən mövsüm Ramsdeyl 32 matçda iştirak edib və 68 qol buraxıb. 4 oyunda isə qapısını toxunulmaz saxlayıb.