Elçin Məsiyev UEFA Superkubokunun oyununda

  • Dünən, 13:58

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan Sportlife.az-a verilən məlumata görə, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joau Pedro Silva Pineyro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.


Paylaş: