Zidan"Marsel"n düşərgəsində
"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan Liqa 1-in 27-ci turunda "Lill"ə qarşı oyundan əvvəl "Marsel"in məşqini ziyarət edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis baş məşqçi Həbib Beyenin dəvəti ilə düşərgəyə təşrif buyurub.
"Marsel" hazırda Avropa yarışlarına vəsiqə qazanmaq üçün iki əsas oyuna hazırlaşır: "Lill"lə ev və "Monako" ilə səfər matçı.