İliç - Rəfiyev çəkişməsi

  • Bu gün, 14:19

"Yeni oyunçular istəyirdim, alınmadı. Bunlar da nəticələrdə rol oynadı.

Mənim danışdığım strategiyadır. Mövsümün əvvəlindən qoyulan planlara uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Əvvəldən müəyyən olunan strategiyanı qorumalıydıq".

Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Saşa İliçə məxsusdur və o, ardıcıl ikinci mətbuat konfransıdır ki, dolayı yolla rəhbərliyin uğursuzluqda daha çox pay sahibi olduğunu qabardır.

Serbiyalı mütəxəssis demək istəyir ki, nəticələrin pisləşməsinə yeni oyunçu istəklərinin nəzərə alınmaması təsir edib.

Saşa nə üçün əvvəldən qoyulan plana uyğun addımlar atılmadığını deyir? Yəni aldandığını başa düşüb və məyusluğu ifadə edir.

Bu ittihamlar Riad Rəfiyev tərəfindən həzm ediləcəkmi? İnandırıcı deyil. Bu templə İliç vaxtından əvvəl istefaya göndəriləcək.

Biz demirik ki, Saşa haqlıdır. Ancaq Rəfiyevin işində xətalara yol verdiyi dəqiqdir. Ya Saşanın dediyi mövzularda, ya da Saşa ilə bağlı seçimində. 

Bunların isə "Sumqayıt" azarkeşlərinə heç bir dəxli yoxdur. Azarkeşə klubun daxili çəkişmələri maraqlı deyil. Onların gözlədiyi nəticə və uğurdur.

Mirələm HƏSƏNLİ 


Paylaş: