Millinin yoldaşlıq oyunlarının vaxtı müəyyənləşdi
Azərbaycan milli komandası iyun ayında Avstriyada təlim-məşq toplanışında olacaq.
Sportlife.az xəbər verir ki, yığmamız burada iki yoldaşlıq oyunu keçirəcək. Komanda Malta və San Marino seçmələri ilə üz-üzə gələcək.
Millimizin keçirəcəyi matçların tarixi məlum olub. Belə ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 5-də Malta, 9-da San-Marino ilə qarşılaşacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı iyunun 1-dən 10-a qədər davam edəcək.