"Barselona" Fatini istəmir
"Barselona” futbolçusu Ansu Fatini satacaq.
Sportlife.az xəbər verir ki, hazırda icarə əsasında “Monako”da çıxış edən hücumçunun Kataloniya klubuna qayıdaraq şans qazanması gözlənilmir.
"Barselona"nın 23 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində olduğu bildirilib.
Klub daxilində hesab edirlər ki, Fati Fransada müəyyən irəliləyiş əldə edib. Ancaq baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku əsas komandada möhkəmlənmək şansı olmayan futbolçuların heyətdə saxlanılmamasının tərəfdarıdır.
“Transfermarkt” portalına görə, ispaniyalı futbolçunun hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.