Görünən Rəhim Həsənovdur, təhlil edən kimdir?
AFFA-nın hakim qərarlarının təhlili ilə bağlı yayımlanan videoların hazırlanma prosesi ilə bağlı yeni məlumat ortaya çıxıb.
Sportlife.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, mübahisəli epizodların təhlilini hazırda Frank De Bleker həyata keçirir. Bildirilir ki, təhlillər ingilis dilində hazırlanır, daha sonra isə Azərbaycan dilinə tərcümə olunaraq səsləndirilir.
Məlumata əsasən, Rəhim Həsənov videolarda yalnız giriş hissəsində yer alır. O, azarkeşləri salamlayaraq “mübahisəli epizodların təhlili üçün qarşınızdayam” ifadəsini səsləndirir, lakin epizodların izahı başqa səs tərəfindən təqdim olunur.