Vüsaldan Superliqada 6-cı qol

  • Bu gün, 18:29

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Superliqasında XXXII turun oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, komanda doğma meydanda "Bilis"lə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Partizani”nin qolunu 19-cu dəqiqədə Vüsal İsgəndərli olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi özü qazandığı penaltini dəqiq yerinə yetirib. Bu, onun Superliqada ümumilikdə 6-cı qolu olub.

İsgəndərli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 45 xalla 5-ci yerdədir.


Paylaş: