Konate "Liverpul"da qalır
İbrahima Konate "Liverpul"la müqaviləsini uzatmağa yaxındır.
Sportlife.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu "Everton" üzərində 2:1 hesablı qələbədən sonra açıqlama verib.
"Mənim gələcəyim? Düzünü desəm, çox şey deyilib, amma klubla uzun müddətdir danışırıq və razılığa yaxınıq. Düşünürəm ki, hamı bunu uzun müddətdir gözləyirdi, amma indi hər şey qaydasındadır. Əminəm ki, gələn mövsüm burada qalmağım üçün böyük bir şans var. Bu, həmişə mənim məqsədim olub".