Lukaku Neapola qayıtdı
"Napoli"nin hücumçusu Romelu Lukaku dünən Neapola gəlib.
Sportlife.az xəbər verir ki, 32 yaşlı forvard ötən ay milli fasilədə yollandığı ölkəsində icazə verilən vaxtdan artıq qalıb.
Klub rəhbərliyi isə futbolçunun davranışına cərimə ilə cavab verib.
Bu mövsüm Lukaku 7 oyunda 1 qol vurub. Zədə səbəbindən 30-dan çox oyunu buraxıb.
Hücumçunun İtaliya komandası ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.