Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

  • Bu gün, 10:00

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı "Tirana"da keçirilən Avropa çempionatında mübarizəyə bu gün başlayacaqlar.

Sportlife.az xəbər verir ki, yarışın ilk günündə 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaqlar.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.


Paylaş: