"Atletiko" azarkeşlərinə təşəkkür etdi
"Atletiko" klubu İspaniya kubokunun finalında "Real Sosyedad"a məğlubiyyətdən sonra azarkeşlərə müraciət edib.
Sportlife.az xəbər verir ki, final matçının əsas vaxtı 2:2 hesablı il başa vurub. Penaltilər seriyasında isə Madrid klubu 3:4 hesabı ilə uduzub.
“Atletiko”nun rəsmi X sosial şəbəkə hesabındakı paylaşımda bildirilib: “Biz sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni əldə etməsək də, Sevilyadan, Madriddən və dünyanın hər yerindən dəstəyinizi hiss etdik. Bu yolu sizinlə birlikdə keçmək bizim üçün böyük şərəfdir. Həmişə birlikdə".
Qeyd edək ki, "Atletiko"nun Çempionlar Liqasında mübarizəsi davam edir. Komanda yarımfinalda İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək. Oyunlar aprelin 29-da və mayın 5-də keçiriləcək.