Messi 2 qol vurdu, komandası qələbə qazandı

  • Bu gün, 11:22

Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Sportlife.az xəbər verir ki, komanda Şərq Konfransının 8-ci turunda səfərdə "Kolorado Rapids" ilə üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb.

Messi oyunda dubl edib. O, 18 və 79-cu dəqiqələrdə fərqlənib. "İnter Mayami"nin digər qolunu isə German Berterame (45+5) vurub.

"İnter Mayami" MLS-də məğlubiyyətsiz seriyasını 6 oyuna çatdırıb. Komanda Şərq Konfransında 15 xalla 2-cidir.


Paylaş: