Rövşən Nəcəf və kiçilən qələbə
"Qələbəni kiçiltmək lazım deyil".
Bu sözləri CBC Sport-a açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan milli komandasının final matçında Syerra Leone üzərində penaltilərlə qazandığı qələbə və “FIFA Series-2026” turnirinin qalib olmasına münasibət bildirərkən deyib.
Bu qələbəni kim kiçildib? Rövşən Nəcəf?
AFFA prezidentini təltifetmə mərasimində görmədik. Əcəba niyə? Rövşən Nəcəf haradadır? Rövşən bəy heç sosial şəbəkə hesablarında da bu barədə təbrik mesajı yazmayıb. Halbuki "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandığı gecə 02:49-da Azərbaycan çempionunu təbrik etmişdi.
İndi bu qələbəni kim kiçildib, Cahangir bəy?
Mirələm HƏSƏNLİ