"Barselona"ya Yamal zəmanəti
İspaniya Futbol Federasiyası (RFEF) "Barselona"ya DÇ-2026 öncəsi Lamin Yamalın sağlamlığını riskə atılmayacağına dair zəmanət verib.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu mövsümün həlledici hissəsində aparıcı oyunçularının zədələnməsini istəmir.
Daha əvvəl "Barselona"nın hücumçusu Rafinya Braziliya millisinin heyətində Fransa ilə oyunda (1:2) oyunda zədələnib və 5 həftə oynamayacaq.
Yamal bu mövsüm "Barselona"nın heyətində 40 oyun keçirib, 21 qol vurub və 16 məhsuldar ötürmə edib.