Millimizin oyunu özbəklərə tapşırıldı

  • Bu gün, 12:10

"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra-Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Sportlife.az xəbər verir ki, matçın baş hakimi Asker Najafaliyev olacaq.

Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Xatırladaq ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.


Paylaş: