Qaçırılan fürsətlər, verilməyən 3 penalti – VİDEO

  • Bu gün, 18:08

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Sportlife.az xəbər verir ki,  B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş millimizin oyunu açıq-aşkar üstünlük şəraitində keçib. Bir neçə epizodda hesabın açılması üçün real imkanlar yaransa da, komandamız bu fürsətlərdən yararlana bilməyib. Oyunun gedişində türkiyəli hakim Ozan Ergün üç dəfə yüzfaizlik penalti epizodunu görməyib. Qarşılaşmanın video görüntüləri əsasında ölkəmizin FIFA dərəcəli hakimlərindən də rəy alınıb və o, hər üç epizodda penalti olduğunu təsdiqləyib.


Paylaş: