Hörməti sarsıdan gülüş

  • Bu gün, 22:02

Ayxan Abbasova bu gün sual verilib ki, niyə millidə Yusif İmanov yoxdur? O da cavabında deyib ki, mən də sual verirəm ki, niyə olmalıdır və kinayəli şəkildə gülüb.

Bu gülüş cəmiyyət tərəfindən qəbul edilmədi. Əksinə, Abbasovun hörmətini sarsıtdı...

Əvvəla bunu deyək ki, bu təkəbbürlü və alçaldıcı gülüşdür. Təkəbbürlüdür ona görə ki, o, bu gülüşü ilə bildirmək istəyib ki, mən hər şeyi hamıdan yaxşı bilirəm. Alçaldıcıdır ona görə ki, Yusif İmanova yuxarıdan aşağı baxdı.

İndi biz sual veririk: Ayxan Abbasov niyə milli komandanın baş məşqçisi olmalıdır? Hansı uğuruna görə? Rəşad Sadıqov, Elmar Baxşıyev və Premyer Liqada nəticə verməyi bacaran digər məşqçilərimiz olsaydı, başa düşərdik. Bəs Ayxan niyə?

Sosial şəbəkələrdə yazılan şərhləri özü də feyk profili ilə oxuyur yəqin ki. Onu milliyə gətirən Maqsud Adıgözəlovun maraqlarına xidmət etdiyini yazırlar...

Ən maraqlısı isə seçimlərdəki ziddiyyətdir. Qapıçılarla bağlı statistikaya baxaq:

Yusif İmanov - 900 dəqiqə
Aydın Bayramov 180 dəqiqə
Şahruddin - 0 dəqiqə
Rza Cəfərov - 420 dəqiqə
Səlahət Ağayev - 570 dəqiqə

Bu statistika hər şeyi deyir...

Mirələm HƏSƏNLİ 


Paylaş: