"Portuqaliyadan xal almağa çalışacağıq"
"Martın 20-dən birlikdəyim və hazırlaşırıq. Məşqlərimiz də çox yaxşı gedir. Bu gün Portuqaliya ilə oyunqabağı son məşqimizə çıxacağıq. Yaxşı oyun olacağını düşünürük. Portuqaliya yığmasının gücünü də bilirik. Allah qoysa, hər şey bizim üçün yaxşı olar".
Sportlife.az xəbər verir ki, bu sözləri U-21 milli komandamızın üzvü Oruc Məmmədov deyib. O, sabah AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək görüşdən öncə jurnalistlərin suallarını cavablandırıb.
- Portuqaliya yığmasından çəkinirsiniz, yoxsa əksinə, özünüzü göstərmək üçün daha yüksək motivasiyanız var?
- Bu cür rəqibə qarşı oynamışıq. Təcrübəmiz var. Çalışacağıq ki, xal və ya xallar qazanaq.
- Ayxan Abbasovun rəhbərliyi altında "Şamaxı"da da oynayırsınız. A millidən dəvət gözləyirdiniz, yoxsa U-21 yığmasında daimi oynamaq yaxşıdır, nəinki ehtiyatda oturmaq?
- Hamının məqsədi A milliyə getməkdir. Açığı, əsas millidən dəvət gözləyirdim. Amma məşqçilər korpusu burada oynamağı uyğun görüblər. İstənilən qərara hörmətlə yanaşıram.