"Everton" APL-i məhkəməyə verir

  • Bu gün, 13:26

"Everton" Premyer Liqanın "Çelsi"yə qarşı açıqlanmayan ödənişlərə görə sanksiyaları ilə bağlı məhkəməyə müraciət etməyi düşünür.

Sportlife.az xəbər verir ki, klub rəsmiləri məhkəmədə London təmsilçisinin ciddi idman cəzalarından yayınmasının səbəbi ilə bağlı izahat tələb etməyə hazırlaşırlar.

"Çelsi" 2011-2018-ci illər arasında oyunçulara və agentlərə əvvəllər açıqlanmayan 47,5 milyon funt sterlinq məbləğində ödənişləri könüllü olaraq açıqlamadığına görə 10,75 milyon funt sterlinq cərimə olunub və şərti transfer qadağası ilə üzləşib.


Paylaş: