Haitili bombardir Azərbaycana niyə gəlib?
Haiti millisinin hücumçusu Dyukens Nazon İranda baş verən hərbi gərginliklə əlaqədar Azərbaycana gəlib.
Sportlife.az Haiti mətbuatına istinadən xəbər verir ki, “İstiqlal”ın futbolçusunun ölkəmizə səfəri 3 gün çəkib. 31 yaşlı forvard yol boyu raketlər və partlayışlardan qaçmağa çalışıb.
Haiti millisi tarixinin ən məhsuldar futbolçusu olan Nazon Azərbaycanda təhlükəsiz qarşılandıqdan və bir neçə gün burada məskunlaşdıqdan sonra Fransaya gedib. Haiti millisinin Tunis və İslandiya ilə keçiriləcək yoldaşlıq oyunlarına çağırılan hücumçu hazırda sərbəst futbolçu kimi özünə klub axtarır.
Qeyd edək ki, Dyukens Nazon Haiti yığmasının heyətində 44 qol vurub.